|
Amerikada koronavirusa yoluxan 73 yaşlı yazar:

73 yaşlı türkiyəli yazar-siyasətçi Zülfi Livaneli Amerikada koronavirusa yoluxmasından və hazırda səhhətinin necə olmasından danışıb. 

Musavat.com xəbər verir ki, o ailəsi və dostları ilə birlikdə koronavirusa yoluxduğunu, artıq sağaldığını açıqlayıb:

“25 fevralda həyat yoldaşım və qızımla 3 fərqli tədbirdə iştirak etmək üçün Amerikaya getdik. Kitabımla bağlı iclasda 100-dən çox insan vardı. Getdiyimiz konsertlərdə də zal dolu idi. Tədbirlərin birində yoluxmuşuq. Artıq sağalmışıq, testimizin cavabı neqativ çıxdı, amma yenə də evdən çıxmırıq. Bu müalicə olunan xəstəlikdir. Heç kim ümidsizliyə düşməsin, mümkün qədər evdən çıxmasın, əhvalınızı yüksək tutun. Çünki yüksək əhval insanı sağaldır”.