| Xəbər 1791 dəfə oxunub
Bakıda “KamAZ” minik avtomobili ilə toqquşdu, ölənlər var

Bakıda baş verən ağır yol qəzasında daha bir nəfər ölüb.

"Report"un xəbərinə görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfə hadisə yerində dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.

Qəza nəticəsində 1961-ci il təvəllüdlü Zeynalov Bəhruz Əli oğlu, 1979-cu il təvəllüdlü Qurbanov Qurban Rafiq oğlu və 1962-ci il təvəllüdlü Rzayeva Zahirə Əlimərdan qızı ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

B.Zeynalova bədənin küt travması, Q.Qurbanova baş-beyin silkələnməsi, üz nahiyəsinin yaralanması və Z.Rzayevaya isə burnun travması, baş-beyin silkələnməsi, bədənin küt travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.