|
Novak Cokoviç Serbiyaya 1 milyon avro yardım etdi

Dünyanın bir nömrəli kişi tennisçisi Novak Cokoviç ölkəsi Serbiyaya xanımı ilə birgə 1 milyon avro yardım edib.

"Report"un məlumatına görə, bu məbləğ koronavirus xəstələrində ağ ciyər üçün süni ventilyasiya və digər tibbi avadanlıqlar almağa sərf olunacaq.

Daha əvvəl serbiyalı sabiq bir nömrəli qadın tennisçi Ana İvanoviç 35 süni ventilyasiya aparatı alıb.