|
Messi pandemiya ilə mübarizəyə 1 milyon avro ayırıb

“Barselona”nın kapitanı Lionel Messi koronavirusla mübarizə kampaniyasına qoşulub.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniyadakı “Hospital Clinic” xəstəxanasına 1 milyon avro yardım edib. “Leoya dəstəyinə görə təşəkkür edirik” – deyə xəstəxananın yaydığı açıqlamada bildirilib. Messinin həmçinin Argentinadakı bir neçə xəstəxanaya da yardım etdiyi vurğulanır.

 Qeyd edək ki, İspaniyada 40 mindən çox insan koronavirusa yoluxub. Onlardan 2800 nəfəri dünyasını dəyişib.