| Xəbər 989 dəfə oxunub
"Volk Qədir"in məhkəməsi başladı

Xaçmaz rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilən şəxslərin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən 1962-ci il təvəllüdlü Qədir Əlimərdanov və 1972-ci il təvəllüdlü Əbülfəz Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən şəxslər daha əvvəl edə məhkumluq həyatı yaşayıblar.

Qeyd edək ki, hər iki şəxs ötən ilin oktyabr ayında həbs ediliblər.

Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayonunun Ləcət kənd sakini Əbülfət Həsənov kənd ərazisində yerləşən meşəlik ərazidə tutulub.

Hal şahidlərinin iştirakı ilə şəxsi axtarış zamanı onun əlindəki kisədən iki sellofan bükümdə, ümumi çəkisi 1 kiloqram 330 qram olan qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Volk Qədir” kimi tanınan rayonun Pərdiqran kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Əlimərdanov da saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan şüşə bankalarda saxlanılan, ümumi çəkisi 3 kiloqram 675 qram olan qurudulmuş marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.