| Xəbər 840 dəfə oxunub
Çində sutka ərzində yeni növ koronavirusa 78 nəfər yoluxub

Çində yeni koronavirusun qurbanlarının sayı son sutka ərzində yeddi nəfər, yoluxanların sayı isə 78 nəfər artıb. 456 nəfər sağalıb.

Trend-in məlumatına görə, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi xəbər verib.

Məlumata əsasən, Çində koronavirusa yolxunların ümumi sayı 82 mini keçib. Onlardan 3277 nəfər ölüb, 73 min nəfərdən çoxu isə sağalıb.