|
Gürcüstanın azərbaycanlı deputatı Marneulidəki vəziyyəti şərh edib

“Marneulidə yerli əhali arasında əhval-ruhiyyə normaldır”.

Bu barədə “Report”un yerli bürosuna Marneulinin deputatı Ruslan Hacıyev karantin zonası elan olunan rayondakı vəziyyəti şərh edərkən bildirib.

O, yerli sakinlərə evdə qalmağı və heç kəslə təmasda olmamağı tövsiyə edib: “Koronavirus bəlasının aradan qaldırılması üçün hər bir şəxs üzərinə düşən məsuliyyəti dərk etməlidir. Marneuli əhalisinin böyük əksəriyyəti anlayır ki, yaranmış vəziyyətdən çıxış yolu üçün həmrəylik və birlik tələb olunur”.

Qeyd edək ki, dünəndən Marneuli və Bolnisi rayonlarında koronavirusun yayılmasının yüksək riski ilə bağlı ciddi karantin rejimi tətbiq olunub. Rayonlara giriş-çıxış məhdudlaşdırılıb, ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlanıb. Gürcüstanın daxili işlər və müdafiə nazirlikləri xüsusi rejimə 24 saat ərzində birgə nəzarət edir.