| Xəbər 625 dəfə oxunub
“Sədərək” və “Binə” ticarət mərkəzləri də gecə saat 00.00-dan fəaliyyətini dayandırır

“Bu gecə saat 00.00-dan “Sədərək” və “Binə” ticarət mərkəzləri də fəaliyyətini dayandırır”.

APA-nın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, qadağalar bütün “Mall” və böyük ticarət mərkəzlərini əhatə edəcək.