| Xəbər 8590 dəfə oxunub
Yaponiyanın baş naziri:

Tokioda Yay Olimpiya Oyunlarının tam formatda keçirilməsi mümkün olmazsa, Oyunlar təxirə salına bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə parlamentdə çıxışı zamanı Yaponiyanın baş naziri Şinzo Abe bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Oyunlarının tam formatda keçirilməsinin tərəfdarıdır: "Əgər bu mümkün olmazsa, Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul edilməlidir, çünki biz ilk növbədə idmançıları düşünməliyik".

Ş.Abe vurğulayıb ki, Olimpiya Oyunlarının keçirilməsi barədə qərarı BOK qəbul edir və hazırkı mərhələdə Oyunların təxirə salınması gündəmdə deyil.