| Xəbər 664 dəfə oxunub
Bakıda geniş ərazidə məişət tullantıları yanıb

Bakı şəhəri Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.