| Xəbər 7416 dəfə oxunub
Nərimanov rayonunda gənc qadın yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Mirzəliyeva Aytən Mirbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.