| Xəbər 7428 dəfə oxunub
Azərbaycanda koronavirusla mübarizənin hazırkı vəziyyəti müzakirə olunub

Martın 21-də Nazirlər Kabinetində operativ qərargahın növbəti iclası keçirilib.

Bu barədə qərargahdan məlumat verilib.

İclasda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı hazırkı vəziyyət təhlil olunub, səhiyyə sahəsində görülməli işlər, tətbiq olunmuş məhdudiyyətlərin ilkin nəticələri və digər məsələlər müzakirə edilib, həyata keçiriləcək vəzifələrə dair tapşırıqlar verilib.