| Xəbər 9626 dəfə oxunub
Qazaxıstanda klub rəhbərliyi futbolçulara maaş verməkdən imtina etdi

Qazaxıstan "Kaspiy" klubu oyunçulara koronavirusa görə yaranmış fasilə müddətində maaş verməkdən imtina edib.

Qol.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı klubun oyunçularına məktub göndərilib.Bildirilib ki, pandemiya səbəbindən ölkədə yaranmış fövqəladə vəziyyət uzadılacağı təqdirdə, futbolçular maaş yenə də verilməyəcək.

Qeyd edək ki, "Kaspiy" ölkə çempionatında 2 turdan sonra heç bir xal qazanmayıb.