| Xəbər 9106 dəfə oxunub
“Brent” markalı neftin qiyməti 25 ABŞ dollarından aşağı düşdü

“Brent” markalı neftin bir barelinin qiyməti Londonun ICE birjasında 13,3 faiz ucuzlaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu markadan olan neftin qiyməti hazırda 24,9 ABŞ dollarına düşüb.

Sonuncu dəfə bu markalı neft 2003-cü ilin mayında bu qiymətə satılıb.

Agentlik bildirib ki, WTI markalı neftin qiyməti də 21,3 faiz ucuzlaşıb və hazırda bu markalı neftin bir barelinin qiyməti 21,5 ABŞ dollarıdır. WTI markalı neft sonuncu dəfə 2002-ci ilin martında bu qiymətə satılıb.