| Xəbər 19065 dəfə oxunub
Mərhum Rafael Dadaşov dəfn olundu

Uzun sürən xəstəlikdən sonra vəfat edən xalq artisti Rafael Dadaşovla vida mərasimi başa çatıb.

Musavat.com xəbər verir ki, sənətkarın nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana gətirilib. Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkili Qənirə Paşayeva, ailə üzvləri, sənət dostları iştirak edib.

R.Dadaşov alqışların sədaları altında dəfn olub.

Qeyd edək ki, R.Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.

Daha sonra aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi açıqlanmışdı.