| Xəbər 6565 dəfə oxunub
Erkin Qədirli: “Parlamentin öz kanalı olmalıdır”

“Hökumət sosial şəbəkələrə uduzub. Yalana qarşı həqiqətlə çıxmaq lazımdır. Ən çətini inandırıcılıqdır. Biz cəmiyyət olaraq uduzuruq. Beynəlxalq səviyyədə də uduzuruq...”

Deputat Erkin Qədirli bu fikirləri parlamentdəki müzakirələr zananı söylədi. Daha sonra əlavə etdi ki, sosial şəbəkələr təxribat sayılacaq məlumatlarla, lağlağılarla doludur. E.Qədili dedi ki, parlamentin öz kanalı olmalıdır: “Həm telekanalı, həm də Youdube kanalı. Seçicilərin əksəriyyəti komitələrdəki fəaliyyətdən xəbərsizdir”.

Sədr dedi ki, iclas əksər telekanallarda öz əksini tapdı. Bu istiqamətdə təkliflər var, biz nəzərə alacağıq.