|
"Yanlış informasiyalar saytlara sızır"

Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın yayılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə olunur.

Musavat.com xəbər verir ki, layihə ilə bağlı komitə sədri Zahid Oruc məlumat verib.

Deputat Musa Qasımlı informasiya məkanındakı boşluqlara diqqət çəkib: “Biz informasiya məkanını boş buraxmamalıyıq”.

Deputat Arzu Nağıyev bu məsələ ilə bağlı çıxış edərkən mətbuatda əksini tapan yanlışlıqların səbəbindən danışıb: “Bəzən qurumların mətbuat xidmətləri öz işlərini normal şəkildə yerinə yetirmədiklərinə görə yanlış informasiyalar saytlara sızır. Ona görə də həmin mətbuat xidmətləri vaxtaşırı mətbuat konfransları keçirməlidirlər”.

A.Nağıyev dedi ki, Azərbaycan ordusunda, Silahlı Qüvvələrində vəziyyətin necə olması barədə məlumat verilməsi narahatlığın qarşısını alardı.

Müzairələrdən sonra dəyişiklik qəbul edildi.