| Xəbər 14380 dəfə oxunub
Mərhum Rafael Dadaşov son mənzilə yola salınır - FOTOLAR

Uzun sürən xəstəlikdən sonra vəfat edən xalq artisti Rafael Dadaşov bu gün torpağa tapşırılacaq.

Hazırda aktyorun ailə üzvləri, qohumları və sənət yoldaşları sənətkarla vidalaşmaq üçün onun evində toplaşır.

R.Dadaşovun oğlu atasının ölümündən danışıb: "Atam böyük sənətkar, cəmiyyət insanı idi. Xalqın sevimlisinə çevrilməyi bacarmışdı. Sağalacağına inanırdı. Ölümü gözlənilməz oldu. Azərbaycan mədəniyyəti daha bir sənətkarını itirdi. Yanımızda olan bütün Rafaelsevərlərə təşəkkür edirik".

Qeyd edək ki, R.Dadaşov II Fəxri Xiyabanda dəfn olunacaq.

R.Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.

Daha sonra aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi açıqlanmışdı.