|
Bərdədə avtomobil kanala aşıb, ölən və yaralananlar var

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.

Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Xuduzadə idarə etdiyi "Hyundai Elentra" markalı avtomobili sərt döngədə idarəetməni itirərək kanala aşırıb.

Hadisə nəticəsində sürücünün özü və avtomobildə olan sərnişinlər- Sadəgül Həsənova, Günel Mirzəyeva, Heyran Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan S. Həsənova xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.