| Xəbər 929 dəfə oxunub
Aleksandr Çertoqanov: “Azərbaycan yığması uğursuz çıxışı bu dəfə sığortalaya bilər”

"Azərbaycan millisi normal qrupa düşüb. Məncə, yığmamız bu qrupda uğurlu çıxış edə bilər".

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq üzvü Aleksandr Çertoqanov deyib.

O bildirib ki, Millətlər Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə eyni qrupda yer alan yığmamızın bu qrupdan çıxmaq şansı yüksəkdir: "Azərbaycan millisi də yetərincə yaxşı komandadır. Yığmamız bu qrupdan çıxa da bilər. Təbii ki, asan olmayacaq. Qrupda yer alan komandalardan Monteneqro və Kiprin bizimlə eyni səviyyəli millilər olduğunu düşünürəm. Yalnız Lüksemburq millisi zəif komandadır. Fikrimcə, Azərbaycan ötən ilki uğursuz çıxışı bu dəfə sığortalaya bilər".

O, milli komandamızın baş məşqçi postuna namizəd olan Rəşad Sadıqovun yığmaya fayda verəcəyi qənaətindədir: "O, milliyə kömək edə bilər. Sadəcə Rəşada çox yaxşı köməkçilər lazımdır. Belə olarsa, yaxşı da iş görə bilər".

Qeyd edək ki, Çertoqanov 2006-2013-cü illərdə Azərbaycan yığmasının heyətində 52 oyun keçirib."Azərbaycan millisi normal qrupa düşüb. Məncə, yığmamız bu qrupda uğurlu çıxış edə bilər".

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq üzvü Aleksandr Çertoqanov deyib.

O bildirib ki, Millətlər Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə eyni qrupda yer alan yığmamızın bu qrupdan çıxmaq şansı yüksəkdir: "Azərbaycan millisi də yetərincə yaxşı komandadır. Yığmamız bu qrupdan çıxa da bilər. Təbii ki, asan olmayacaq. Qrupda yer alan komandalardan Monteneqro və Kiprin bizimlə eyni səviyyəli millilər olduğunu düşünürəm. Yalnız Lüksemburq millisi zəif komandadır. Fikrimcə, Azərbaycan ötən ilki uğursuz çıxışı bu dəfə sığortalaya bilər".

O, milli komandamızın baş məşqçi postuna namizəd olan Rəşad Sadıqovun yığmaya fayda verəcəyi qənaətindədir: "O, milliyə kömək edə bilər. Sadəcə Rəşada çox yaxşı köməkçilər lazımdır. Belə olarsa, yaxşı da iş görə bilər".

Qeyd edək ki, Çertoqanov 2006-2013-cü illərdə Azərbaycan yığmasının heyətində 52 oyun keçirib.