| Xəbər 1402 dəfə oxunub
Hacıqabulda yük və minik avtomobilləri toqquşdu, ölən var

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bayraq meydanı yaxınlığında qeydə alınıb. Belə ki, “KaMAZ” markalı yük maşını ilə “VAZ-21015” markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Çingiz Bəylər oğlu hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.