| Xəbər 1716 dəfə oxunub
COVID-19-dan ölənlər və sağalanlar

Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyi (COVID-19) ilə bağlı son durum açıqlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son rəqəmlərə görə, yoluxan ölkələrin sayı 157-ə çatıb.

Bu günə olan son statiskaya əsasən COVID-19-a ümumi olaraq 169.610 nəfər yoluxub. 192 nəfər isə yeni yoluxanlardır.

Bu virusdan ölənlərin sayı isə 6518-ə çatıb. Yeni ölənlər isə 15 nəfərdir.

Yoluxmalar və ölümlər dünyanı sarsıtsada bununla yanaşı müsbət nəticələr də var.

Belə ki, ÜST-ün açıqladığı son rəqəmlərə görə, 77.776 nəfər bu virusa qalib gəlib. Bunlardan 1600 nəfəri yeni sağalanlardır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son rəqəmlər bu gün (16 mart) saat 09:00-da açıqlanan nəticələrdir.