| Xəbər 5340 dəfə oxunub
La Liqa klublarının maddi itkiləri hesablandı

La Liqa tam dayandırılsa, bu İspaniya klubları üçün həm də böyük maliyyə itkisi olacaq.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, koronavirus səbəbindən çempionat erkən başa vurulacağı halda klublar ümumən 678,4 milyon avro zərər görəcək. Televiziya yayımı bu məbləğin 549 milyonunu, abonement 88 milyonunu, La Liqa və Sequndaya satılan bilet isə 41,4 milyonunu əhatə edir.

Əgər oyunlar bərpa olunsa və azarkeşsiz keçirilsə, bu halda yüksək liqa klubları 117 milyon, ikinci divizion klubları isə 12,5 milyon avro məbləğində zərərə uyğayacaq.

Qeyd edək ki, dünən İspaniya çempionatlarının qarşıdakı iki turunun təxirə salınmasına dair qərar qəbul edilib. Bununla belə, İspaniya Futbol Federasiyasında mövsümü sona qədər başa vuracaqlarından əmin deyillər.