|
“İnsanlar ölür, biz futbol oynayırıq, absurd durumdur"

“Vulverhempton”un baş məşqçisi Nunu Eşpirito Santo Avropa Liqasının 1/8 final mərhələsində “Olimpiakos”la ilk oyundan (1:1) sonra maraqlı açıqlama verib.

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssis koronavirus epidemiyasından insanların öldüyü bir vaxtda oyun keçirməyin düzgünolmadığını deyib:

“Dünyada baş verənləri yaxşı bildiyimiz halda, meydana çıxıb oyun keçiririk. İnsanlar ölür və ölməyə davam edirlər. Biz isə futbol oynayırıq. Absurd durumdur”.

Xatırladaq ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Vulverhempton”un futbolçusudur. O, klubun U-23 komandasınfa çıxış edir.