| Xəbər 1963 dəfə oxunub
Beyləqanda avtomobil kanala aşdı -2 nəfər ölüb

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qafar Seyidəliyevin idarə etdiyi "Opel Astra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1973-cü il təvəllüdlü Güləndam Əliyeva hadisə yerində ölüb, avtomobildə olan digər iki sərnişin müxtərif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.