| Xəbər 1099 dəfə oxunub
Yenidən barışdılar

Türkiyəli model Özge Ulusoy ötən həftə sevgilisi Faruk Çolakoğlu ilə ayrılıq qərarı almışdı.

Axşam.az xəbər verir ki, 2 ildir tez-tez küsüb barışan cütlüyün bu dəfəki ayrılığı da uzun çəkməyib. Faruk sevgilisinin könlünü almaq üçün onu İsveçrəyə istirahətə aparıb.

 

Onlar gecəsi 10 min lirə (təxminən 2768 manat) olan oteldə bir həftə istirahət edəcək.