| Xəbər 1130 dəfə oxunub
Azərbaycanın əməkdar artisti vəfat edib

Əməkdar artist Adil Zeynalov vəfat edib.

Bu barədə APA-ya aktyorun oğlu Ağakərim Zeynallı məlumat verib.

A. Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada mədəaltı vəzin iltihabından dünyasını dəyişib. O, Lənkəranda dəfn ediləcək.

Qeyd edək ki, A. Zeynalov Lənkəran Dövlət Teatrının aktyoru və rejissoru idi.