| Xəbər 1784 dəfə oxunub
Abşeronda azyaşlı 6-cı mərtəbədən yıxılaraq ölüb

Abşeronda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsindəki "Yeni Bakı" yaşayış kompleksində qeydə alınıb.

Orada yaşayan, autizm sindromlu, 6 yaşlı Ə.Məmmədov yaşadığı 6 mərtəbədəki mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma başlanılıb.