| Xəbər 1576 dəfə oxunub
Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var

Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 9.00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"BMV" markalı avtomobil təkərinin partlaması nəticəsində yoldan çıxıb və bir neçə dəfə aşıb. Avtomobil aşan zaman yol kənarında dayanan piyadanı da vurub. Nəticədə avtomobildə olan 3 nəfər və piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Hacıqabul xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.