| Xəbər 21260 dəfə oxunub
Sızanaqlar və ləkələr üçün maska
Son zamanlar dəri üzərində yoxlanan vasitələrdən biri də pomidor maskasıdır. Pomidorun tərkibindəki C və E vitamini dəri üçün çox faydalıdır.

Axşam.az cildinizi nəmləndirən, ləkələri və sızanaqları yox edən 2 pomidor maskasını təqdim edir:

 

1. İki ədəd pomidoru əzib püre halına gətirin. 15 dəqiqə üzünüzdə saxladıqdan sonra, ilıq su ilə durulayın. 

2. Pomidor püresinə bir yemək qaşığı zeytun yağı və bir çay qaşığı ərik yağı əlavə edin. Hazır olan məhlulu 15 dəqiqə üzünüzdə saxladıqdan sonra yuyun.