| Xəbər 1608 dəfə oxunub
Astarada avtomobilin körpüdən aşması nəticəsində ölən sürücünün adı məlum olub - Foto

Astarada avtomobilin körpüdən aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü Cəlilabad sakini Fazil Ağarəhim oğlu Quliyevin idarəetməni itirməsi nəticəsində 99-SF-033 dövlət qeydiyyat nömrə nişanlı "Lexus" markalı avtomobil körpüdən aşaraq su arxına düşüb.

Nəticədə sürücü dünyasını dəyişib. FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 6 nəfər canlı qüvvəsi xüsusi alət və avadanlıqların köməyilə deformasiyaya uğramış avtomobildən sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.