|
Bakıda avtomobil 46 yaşlı piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsində 1974-cü il təvəllüdlü Aydın Ağalarov yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.