|
Qadın ehtiraslananda tər qoxusu da dəyişirmiş

Qadın ehtiraslanarkən bədənindən ifraz olunan tərin qoxusunun digər hallardakı tər iyindən fərqli olması aşkarlanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, tanınmış psixoloq Arnaud Wisman-ın Kent Universitetində apardığı araşdırmaya görə, qadınlar ehtiraslanan zaman onlardan fərqli, cəzbedici qoxu gəlir.

Araşdırmada iştirak edən bir qrup qadın 3 dəqiqə ərzində velosiped sürüb. Onlar tərini dəsmala sildikdən sonra, 20 dəqiqə boyunca erotik səslərə qulaq asıb, intim görüntülər izləyiblər. Bir neçə gün sonra isə həmin qadınlara 20 dəqiqəlik sənədli film izlədiblər.

Daha sonra tər qoxusunun hopduğu dəsmallar 91 kişiyə qoxladılıb. Kişilərin seçimləri erotik səslərə qulaq asan qadınlar olub.

 

Araşdırmanın nəticələri "Archives of Sexual Behavior" jurnalında dərc edilib.