|
Prezident İlham Əliyev Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

Martın 4-də Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışı olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.