| Xəbər 6011 dəfə oxunub
“Yuğ” Teatrı mart repertuarını açıqlayıb

Azərbaycan Dövlət “Yuğ” Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək.

 

Axşam.az xəbər verir ki, sənət ocağının kollektivi martın 7-də “Müəmmalı bir qətlin üç versiyası” 10-11-14-də isə “Loun Bizzz” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Bundan başqa, martın 15-də “Metamorfoza”, martın 28-də “Lənət”, 29-da isə “Mənəm, mən” tamaşaları göstəriləcək.