| Xəbər 1148 dəfə oxunub
Yaşlanmağa qarşı maska
Yaşlandıqca dərinin elastikliyini qoruyaraq qırışları önləyən kollagen və elastin komponentlərinin istehsalı azalmağa başlayır.

Axşam.az xəbər verir ki, bu mövzuda edilən araşdırmalar dərinin sağlam görünməsini təmin edən komponentlərin istehsalının 20 yaşından etibarən hər il 1% azaldığını söyləyir.

Düzgün qidalanmadığınız  zaman və dərinizə mütəmadi olaraq qulluq etmədikdə qırışlarınız erkən yaşda artmağa başlayacaq.

Bunun qarşısını almaq üçün isə ev şəraitində aloe vera və xiyardan hazırlanan maskanı təqdim edirik:

100 qram aloe vera jelini və 1 ədəd rəndələnmiş xiyarı qarışdırın və üzərinə məhlul halına gələnə kimi su əlavə edin. Maskanı üzünüzə çəkin və gecə boyu saxlayın.  Səhər isə ilıq su ilə durulayın.

Aloe veranın tərkibində dərini nəmli saxlamaq üçün lazımlı aminoturşular yer alır. Xiyar isə bol su və vitaminlərlə zəngin olması səbəbi ilə zərər görmüş dərini bərpa edir.