|
Azərbaycan Ordusu təlimdə ərazinin kəşfini aparıb - FOTO - VİDEO

Genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq, döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimin senarisinə əsasən, vəzifəli şəxslərin məruzələrini dinləyib. Təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.