| Xəbər 1405 dəfə oxunub
Şəmkirdə şərab zavodunda yanğın olub

Şəmkir rayonunda şərab zavodunda yanğın olub.

APA-nın məlumatına görə, yanğın rayonun Çinarlı qəsəbəsi, M. Şəhriyar küçəsində yerləşən Şəmkir şərab zavodunda köməkçi tikilidə qeydə alınıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülüb.