| Xəbər 1617 dəfə oxunub
Heydər Əliyev prospektində yol qəzası tıxaca səbəb oldu - FOTO

Bakıda yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O, qeyd edib ki, Heydər Əliyev prospektindəki körpünün altında yük maşını aşıb: “Hazırda şəhər istiqamətində həmin hissəyədək nəqliyyatın sıxlığı müşahidə olunur”.