|
Premyer Liqa -

Avstriyanın Zalsburq şəhərində keçirilən Karate1 Premyer Liqa turnirinində milli komandamız ilk medalını qazanıb.

Karateçilərimizdən İrina Zaretska Premyer liqa turnirinin bürünc medalına sahib olub.

Yarışda daha 3 idmançımız mükafat görüşlərinə çıxacaq. Rafiz Həsənov (67 kq) finalda, Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Premyer Liqa turnirinə bu gün yekun vurulacaq.(BakuPost.az)