| Xəbər 3606 dəfə oxunub
ABŞ-ın birinci xanımının hindsayağı geyimini lağa qoydular - FOTO

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya ilə birlikdə ölkə başçısı kimi ilk dəfə Hindistana səfər etməsi son günlərdə ən çox müzakirə olunan mövzu olub.

Oxu.Az xəbər verir ki, Melaniyanın hindsayağı dəbdəbəli geyimi sosial media əhli tərəfindən müzakirələrə yol açıb.

Səfər zamanı onlar dünyanın yeddi möcüzəsindən biri olan Tac-Mahalda fotolar çəkdiriblər.

Melaniya ilk olaraq fotoqrafların qarşısına “Atelier Caito For Herve Pierre” məxsus ağ rəngli kostyumda çıxıb. Obrazına hind ab-havası qatmaq üçün ABŞ-ın birinci xanımı belini qızılı printlərlə bəzədilmiş ipək materialdan olan yaşıl kəmərlə bağlayıb.

Sosial şəbəkə izləyiciləri Melaniyanın geyimini məsxərəyə qoyaraq, “karate” dərsləri üçün istifadə olunan kostyumla müqayisə ediblər.