| Xəbər 12466 dəfə oxunub
Britaniyanın titullarından məhrum olmuş şahzadəsi:

Böyük Britaniya kraliçası II Elizabetin nəvəsi, şahzadə Harri artıq zadəgan titulu olmadan, sadə vətəndaş kimi yaşamağa özünü alışdırır.

Bununla bağlı “The Daily Mirror” qəzetində maraqlı informasiya yer alıb.
Qəzetin xəbərinə görə, şahzadə bu gün Şotlandiyanın paytaxtı Edinburq şəhərində ekoloji turizmə həsr olunmuş konfransda ona sadəcə olaraq adı ilə xitab edilməsini istəyib.

Həmin tədbirdə şahzadə krallıq ailəsinin üzvü olaraq son vəzifələrindən birini icra edirmiş.

Aparıcı Aişa Hazarika qonaqlara monarxı təqdim edən zaman şahzadənin xahişi ilə titulsuz və “əlahəzrət” xitabı olmadan, sadəcə Harri deyə səslənib.

Harri Edinburqa xanımı Meqan və oğlu Arçisiz ilə gəlib. Hazırda Kanadada yaşayan cütlük bu il mart ayının sonundan etibarən sıravi vətəndaş, daha doğrusu Böyük britaniya kraliçasının təbəələri hesab ediləcəklər.

Bundan sonra onların adları ailənin böyük üzvləri olaraq keçməyəcək. Həmçinin şahzadə və xanımına verilən “Sasseks hersoq və hersoginyası” tituları onların əllərindən alınacaq.

Nənə kraliça öz nəvəsinə bundan sonrakı layihələrində “royal”, yəni “krallıq” sözünü işlətməyi də qadağan edib.

Böyük Britaniya mətbuatının xəbərinə görə, Harrinin xanımı Meqan bütün bu olanların əsas səbəbkarı olaraq qaynı, 37 yaşlı Uilyamı göstərib. “Daily Mail” qəzetinn informasiyasına əsasən, Meqan Markl ətrafındakılara böyük qardaşın onlara “əsl tiran” kimi davranmasından şikayətlənib.