| Xəbər 6481 dəfə oxunub
Qəbələdə 15 yaşlı qız dəm qazından zəhərlənib

Qəbələ rayonunda dəm qazından zəhərlənmə olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhər sakini, 2005-ci il təvəllüdlü Yusifova Aytəkin Surxay qızı yaşadığı evdə kustar üsulla quraşdırılan qızdırıcının içəri buraxdığı dəm qazından zəhərlənib.

O, təcili olaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.