|
"Pəhləvanlar" kafesinin sahibi olan pəhləvan qardaşların işi -

Əxlaqsızlıq yuvası olması ilə məşhur olan "Pəhləvanlar" kafesini işlədən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda kafedə əxlaqsızlıq yuvası saxlamaqda və narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi də baş tutmayıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindindirilməli idi. Lakin məlum olub ki, 70 şahiddən bu günə qədər 44 nəfəri məhkəməyə gəlib. Digər 26 nəfərin məhkəməyə gətirilməsi təmin edilməyib. Bu səbəbdən də proses təxirə salınıb. Artıq bir neçə proses bu səbəbdən təxirə salınıb.

İttihama görə, Qabil Ramazanov özünə məxsus "Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib.

"Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib. ile ilgili görsel sonucu

Məlumata görə, Qabil Rmazanov 18 otaqdan ibarət kafesində ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla cinsi əlaqədə olmasına şərait yaradıb. Bunun qarşılığında həmin qadınlara müştərilərdən aldığı pulun müəyyən hissəsini ödəyirmiş.

İttihamda yazılır ki, kafedə xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər. Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə ediblər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı kafenin ikinci mərtəbəsində müştərilərlə intim əlaqədə olmaq üçün gözləyən 49 qadın saxlanılıb.

"Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib. ile ilgili görsel sonucu

Əməliyyat zamanı kafenin birinci mərtəbəsində yerləşən 18 otaqdan 5-də kafedə işləyən qadınlarıa intiç münasibətdə olan müştərilər olub. Onlar da əməliyyatçılar tərəfindən saxlanılıb və zəruri tədbirləe görüıüb.

İttihamda o da göstərilir ki, Qabil Ramazanovun kafedəki iş otağından narkotik vasitə də aşkar edilib.

İstintaq orqanı Qabil Ramazanov, barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edib.

"Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib. ile ilgili görsel sonucu

Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimlinin barəsində isə Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib.

Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.

Bu işlə bağlı ilginc məqam həbs edilən qardaşlarla bağlıdır. Ramazanov qardaşları dəfələrlə televiziya verilişlərində, tədbirlərdə pəhləvan kimi şoular göstəriblər. Onların pəhləvan kimi fəaliyyəti ilə bağlı youtube kanalında dəymiş sayda videogörüntülərlə var. Həbs edilən Ramazanov qardaşlarının böyük qardaşları da pəhləvan olub.