| Xəbər 12963 dəfə oxunub
D vitamini çatışmazlığı şəkərli diabetə SƏBƏB OLUR

Mütəxəssislər D vitamininin orqanizmdə çatışmazlığının əsas əlamətlərini açıqlayıblar.

Bu vitaminin çatışmazlığı ilə osteoporoz, 2-ci tip şəkərli diabetə və yüksək qan təzyiqi xəstəlikləri artır.

Orqanizmdə D vitamini əsasən qış aylarında çatışmır. Çünki onun əsas mənbəyi günəş şüasıdır.

Bu əlamətlər əsasən sümüklərdəki ağrılarla,  sərt oynaqlarla, həddindən artıq artıq çəki, başdakı tərləmə,bağırsaq problemləri və depressiya ilə özünü biruzə verir.

ABŞ-ın Boston Universitetinin mütəxəssisləri lazımi miqdarda D vitamini əldə etmək üçün insanın gündə 15-20 dəqiqə günəşdə olmasının vacibliyini vurğulayıblar.

 

Yadda saxlamaq lazımdır ki, bu problem tərkibində D vitamini olan qidalarla tam həll ola biməz, çünki  onun ən vacib mənbəyi günəş işığıdır.