| Xəbər 1496 dəfə oxunub
Yeməyin dadı xoşuna gəlmədiyi üçün arvadının qabırğalarını sındırdı

Kişi dadsız axşam yeməyinə görə arvadının qabırğalarını sındırıb.

REN TV-nin məlumatına görə, dəhşətli hadisə Rusiyanın Voronej vilayətində qeydə alınıb.

Məlumata görə, 42 yaşlı qadın vətəndaş nikahında olduğu ərinə yemək hazırlayıb, amma yeməyin dadı caninin xoşuna gəlməyib. Bu səbəbdən kişi arvadını ayaqları ilə təpikləyib, divandan qopardığı taxta parçası və kəmərlə qəddarcasına döyüb. Qabırğaları sınan qadın xəstəxanaya yerləşdirilib.

Əvvəllər qətl, adam döymə və silah-sursat saxlamaqla əlaqədar həbsdə yatan 53 yaşlı yerli sakin isə bu hadisə ilə əlaqədar üç il müddətinə azadlıqdan məhrum edilib. (oxu.az)