|
Türkiyədə fahişəliklə məşğul olan qadınlarda HİV və Hepatit B virusu aşkarlandı

Türkiyənin Yalova vilayətində fahişəliklə məşğul olanlara qarşı əməliyyat keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən xəbər verir ki, Çınarcık, Çiftlikköy və Termal ilçələrində 5 otel və 14 evdə keçirilən əməliyyatda fahişəlik etməkdə şübhəli bilinən Azərbaycan, Özbəkistan, Qırğızıstandan olan 28 qadın və onları fahişəliyə cəlb edən 22 nəfər saxlanılıb.

Saxlanılan şəxslərlə bağlı cinayət işi açılıb. Məhkəmədə 50 şübhəlinin 13 nəfərinə həbs cəzası verilib. 7 nəfər isə məhkəmə nəzarəti ilə azadlığa buraxılıb.

Mənbənin yazdığına görə, tibbi müayinədən keçirilən qadınlardan birinin HİV, ikisinin isə Hepatit B virusuna yoluxduğu aşkarlanıb. Azərbaycanlı, özbək və qırğız qadınlar öz ölkələrinə yola salınıblar.