| Xəbər 16039 dəfə oxunub
İtinə görə Çindən ayrılmadı

Ötən gün koronavirusun geniş yayıldığı Çinin Uhan şəhərində yaşayan Ukrayna vətəndaşları Kiyevə təxliyyə olunub.

“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, 3 ildir Çində yaşayıb işləyən Anastasiya Zinçenko pomerianian cinsindən olan Mişa adlı itinə görə şəhəri tərk edə bilməyib. Belə ki, Çin hökuməti Anastasiyaya 6 ay öncə aldığı itini özü ilə Ukraynaya aparmağa icazə verməyib.

 

 

Ukraynanın Çindəki səfirliyi açıqlama yayaraq bildirib ki, Mişanın sahibi ilə Çindən çıxarılması üçün əllərindən gələni etsələr də, Çin səlahiyyətlilərindən icazə ala bilməyiblər.

“Səfirlik bir neçə dəfə Çinin dövlət orqanlarına müraciət etdi və Anastasiyaya iti ilə Uhandan uçmaq üçün fürsət vermələrini istədi. Ancaq karantin tədbirləri səbəbiylə Çin səlahiyyətliləri xanım Anastasiyanın ev heyvanını evakuasiya etməyə razılıq vermədilər. Buna səbəb Anastasiyanın iti xaricə aparmaq üçün lazımi sənədlərinin olmamasıdır”.

Səfirlik izah edib ki, ÇXR ərazisindən ev heyvanlarının idxalı və ixracı qaydası bu ölkənin səlahiyyətli orqanlarının müstəsna səlahiyyətidir. Əlavə ediblər ki, Anastasiyaya ev heyvanını müvəqqəti olaraq heyvanlar üçün bir otelə yerləşdirməyi təklif ediblər, amma o, bundan imtina edib.

Ukraynanın “Business Media” nəşri yazır ki, Prezident Vladimir Zelenski Anastasiya Zinçenkoya zəng edib. O, vəziyyəti şəxsən nəzarətinə götürəcəyinə söz verib.

Öz növbəsində Zinçenko, yaxın zamanda iti ilə birlikdə vətəninə dönəcəyinə ümid etdiyini söyləyib. Prezident onun Ukraynaya evakuasiya prosesinin artıq hazırlandığını açıqlayıb.

İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu
İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu
İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu