“Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Adımdan yazılan bütün şeirləri yayanları tapsınlar. Həmin şeirləri mən yazmıram. Özü də mənim adımdan siyasi xarakter daşıyan şeirlər yayırlar”.
Axşam.az saytının verdiyi məlumata görə, bu sözləri əməkdar artist Elza Seyidcahan “Hər şey daxil” verilişində deyib. O bildirib ki, siyasi mövzuda şeir yazmır.
Qeyd edək ki, bu günlərdə sosial şəbəkədə əməkdar artist Elza Seyidcahanın adından seçki ilə bağlı şeir yayılıb. Əməkdar artist həmin şeirin ona məxsus olmadığını bildirərək, bu cür şeirlərin onun adından yayılmasına etiraz edib:
“O siz dediyiniz şeiri mən yazmamışam. Mən elə başa düşdüm ki, “Bu dunya oyun -oyuncaqdan başqa bir şey deyildir” şeirimi deyirsiz. Mənim adımdan mənə aid olmayan çox anonım şeirlər yazırlar. Başa duşmürəm, nəyə görə? Öz adlarından niyə yazmırlar?..
Mənə qarşı olan qanun pozuntusuna qarşı artıq DİN işə başlayıb”.