| Xəbər 1653 dəfə oxunub
Quru dərilər üçün maska

Xanımlar adətən quru dəridən şikayət edirlər. Quruluq daha çox yanaq və burun ətrafı hissələrdə nəzərə çarpır. Bu cür dəriləri yalnız sərin və yaxud otaq temperaturunda olan su ilə yumaq məsləhətdir. Soyuq və ya isti su damarları daraldır və dərinin tez qırışmasına səbəb olur.

Axşam.az quru dərilər üçün avokado maskasını təqdim edir.

Yarım avakoda və yarım fincan bişmiş yulafı qarışdırın. Məhlulu 15 dəqiqə üzünüzdə saxladıqdan sonra ılıq su ilə durulayın.

Onu da əlavə edək ki, dəri çatlarının qarşısını almaq üçün düzgün qidalanmaq, bol su içmək, idman etmək əsas şərtlərdən biridir.